"Bakı-Xankəndi" velosiped yarışında iştirakını təsdiqləyən komandalar müəyyənləşib
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq komandalar bəlli olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Son yenilənmiş siyahıya əsasən 25 komanda iştirakını təsdiqləyib. Bəzi ölkələrdən iki kollektiv mübarizə aparacaq.
Turnirdə Azərbaycan millisi ilə yanaşı, Qazaxıstanın "Astana", "Team Vino", İspaniyanın "Equipo Kern Pharma", "Burqos Burpellet BH", İtaliyanın "Bardiani CSF 7 Saber", "Solution Tech NIPPO Rali", Türkiyənin "Spor Toto", "MBB Continental" komandaları çıxış edəcəklər.
Bundan əlavə, Çinin "Li Ning Star", Malayziyanın "Terengganu", Portuqaliyanın "Anicolor/Campicarn", Taylandın "Roojai Insurance Winspace", Kolumbiyanın "Team Medellin", Estoniyanın "Quick Pro", Əlcəzairin "Madar Pro", Polşanın "Mazowsze Serce Polski", Belçikanın "Tarteletto - Isorex", Filippinin "Victoria Sports", Almaniyanın "REMBE rad-net", Niderlandın "Universe", GUAM-dan "EuroCyclingTrips - CCN", Özbəkistanın "7 Saber Uzbekistan", Mərakeşin "Sidi Ali", İndoneziyanın "ASC Monsters" komandaları "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq.
Xatırladaq ki, mayın 10-da start götürəcək yarış beş gün davam edəcək.
Oxşar xəbərlər
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək komandalar dəqiqləşib
Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib
Müstəqillik Gününə həsr olunmuş velosiped yürüşü keçiriləcək
Azərbaycanı avrokuboklarda təmsil edəcək həndbol klubları müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
