Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.
Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda - bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar.
"Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.
Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev - Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxrü kürsünün üçüncü pilləsinə qalxıblar.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.
Oxşar xəbərlər
Bakıda stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub
Bakıda stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
