Bakı məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərin yaz tətilinin vaxtı dəyişdirilib
sizinxeber.az xəbər saytı

Bakı məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərin yaz tətilinin vaxtı dəyişdirilib


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə yaz tətilinin vaxtı dəyişdirilib.

Bu barədə "Sizinxeber.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, forumun keçirildiyi dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Oxşar xəbərlər

WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
BMT-nin iclasında WUF13 müzakirə edilib
Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
Mayın 1-dən məktəblərdə yaz tətili başlayır
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər