Son həftə qanunsuz ağac kəsimi ilə bağlı təbiətə 144 min manatdan çox ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında ağacların qanunsuz kəsilməsi aşkarlanıb.
Bundan başqa, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonu Zarağan kəndi ərazisində və Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində eyni hal aşkarlandığı üçün yaşıllıqlara 144 060 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Qanunsuz ağac kəsintisi ilə bağlı təbiətə 117 300 manatlıq ziyan dəyib
Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək
Bəzi ərazilərdə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 172 860 manat ziyan dəyib
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb, 381 min manat ziyan dəydiyi müəyyən edilib
Bakıda ağaclar qanunsuz kəsilib, təbiətə 30 min manatlıq ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













