MÜTDA: Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz
sizinxeber.az xəbər saytı

MÜTDA: Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz


2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.

APA xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

“Məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Bir daha xatırladırıq ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz”, - qeyd olunub.

Oxşar xəbərlər

Builki tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Yeni tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb
Bu gün ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib
Eksternat imtahanlarının nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle