Tədris rus dilində aparılan bölmələr üzrə I sinifə qəbul üçün müsahibə mərhələsi də başlayıb
sizinxeber.az xəbər saytı

Tədris rus dilində aparılan bölmələr üzrə I sinifə qəbul üçün müsahibə mərhələsi də başlayıb


102 min uşağın 1-ci sinifə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.

Bu barədə Sizinxeber.az-ya MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, mayın 1-dən start götürən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu uğurla davam edir, proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir:

"Artıq dünəndən - 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-inə kimi davam edəcək.

Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir".

Oxşar xəbərlər

Tədris digər dillərdə aparılan bölmələr üzrə I sinifə qəbul qaydaları açıqlanıb
I sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib
I sinfinə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum olub
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle