DİM 1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 may 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
Bu barədə "Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahana qeydiyyat 2025-ci il aprelin 11-dən mayın 1-dək aparılıb və bu müddət ərzində 1747 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “”ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.
Oxşar xəbərlər
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək
DİM bu gün dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













