Gələn il Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır
Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetinin əsas missiyası təhsil, tədqiqat və innovasiya mərkəzi yaratmaqdır:
“Burada olan hər kəs bu məqsəd uğrunda çalışır. Biz dostlarımızdan böyük diqqət və dövlət başçısının birbaşa dəstəyini görürük. Bu da bizə tələbələrimizi çox qısa zamanda qarşılamaq imkanı verdi. Biz ilk ilə yaxşı göstəricilərlə başladıq, çünki çox yaxşı ideya ilə yola çıxmışdıq. Hazırda ali məktəbdə birinci kursda təxminən 1100-dən çox tələbə var. Burada təxminən 200 əməkdaş çalışır".
Ş.Bayramov bildirib ki, Qarabağ Universitetində hazırda üç əsas fakültə mövcuddur:
"2026-cı ildə kənd təsərrüfatı fakültəsini açmağı planlaşdırırıq. Həmin il həmçinin Xankəndidə İncəsənət və Turizm fakültələrinin də açılması nəzərdə tutulur".
Oxşar xəbərlər
Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var
Rektor: Qarabağ Universiteti 1154 tələbə ilə fəaliyyətə başlayıb
Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq
Qarabağ Universitetinin tələbəsi: İnanıram ki, bura gələcək karyeramda mühüm rol oynayacaq
Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
