AMEA “Əziz Sancar fəxri diplomu” təsis edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Əziz Sancar fəxri diplomu” təsis olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bundan başqa, AMEA “Üzeyir Hacıbəyli fəxri diplomu”, həmçinin “Lev Landau fəxri diplomu” da təsis edilməsini qərara alıb.
Qeyd edək ki, türkiyəli alim Əziz Sancar 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb.
Bakıda doğulmuş Lev Landau isə kvant mexanikası, bərk cisimlər fizikası, plazma fizikası və kosmologiya sahələrində inqilabi kəşflərə imza atıb, 1962-ci ildə Nobel mükafatına layiq görülüb.
Azərbaycanın dahi mütəfəkkiri Üzeyir Hacıbəyli də Şərqdə ilk operanın yaradıcısı, istedadlı publisist, dramaturq və pedaqoqdur.
Oxşar xəbərlər
AMEA-da yeni şöbələr yaradılıb
Sabir İlyasov Prezidentin fəxri diplomu ilə təltif edilib
Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
