Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.
“Sizinxeber.az” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.
Digər əmrlə Rüfət Tağı Zadə isə Fondun sədr müavini vəzifəsinə təyin olunub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
TTKF sədri: Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib
3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













