Son iki ildə 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işdən kənarlaşdırılıb
- 10-02-2025, 12:30
- Elm və təhsil
- 0
- 1 106
Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:
"İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır".
Nazir bildirib ki, növbəti üç il ərzində də bu islahatlar davam etdiriləcək:
"İslahata başlayanda sıfırdan yox, mənfi 1-dən başlayıb sıfıra getmək əsas problemdir. Əgər dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin sonrakı 20-30 il fəaliyyətini düşününcə nəticə heç də ürəkaçan olmaz".
E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkə üzrə bütün fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur:
"Əgər islahatlarımız uğurla davam etsə, nəticəsi zəif olan müəllim sayı azalacaq, amma bir müəllimə düşən şagird sayı da artacaq. Eyni zamanda gənc müəllimlərin də təhsil sahəsində sayı 20 % artacaq. İmtahan nəticələrinə baxsaq, gənc müəllim məzunlarından çox az sayda zəif nəticə göstərən olub. Böyük əksəriyyət testdən uğurla keçib. İslahatlar ən zəif müəllimlərin daha gənc və istedadlı müəllimlərlə əvəz olunmasına gətirib çıxaracaq".


width="220" alt="Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir" />
width="220" alt="“Bu gün bir uşağa 7 min manata yaxın pul xərcləyirik”" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />