Sizinxeber.az » Elm və təhsil » Nazir kolleclərdə bəzi müəllimlik ixtisasının tədricən ləğvi məsələsinə aydınlıq gətirib

Nazir kolleclərdə bəzi müəllimlik ixtisasının tədricən ləğvi məsələsinə aydınlıq gətirib

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə bəzi müəllimlik ixtisasının zamanla ləğvi məsələsinə aydınlıq gətirib.

"Sizinxeber.az"un məlumatına görə, nazir bu gün keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var.

Onun sözlərinə görə, misal olaraq, tar çalan biri musiqi məktəbində təhsil alır, ardınca kollec, ali təhsil və magistr oxuyur, amma nəzərə alaq ki, sonda onsuz da tar çalır.

"Vaxtı ilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var. Bu, mütləq dəyişməlidir. Uzun müddətdir, təhsil sahəsində dəyişiklik edilmir. Nəzərə almaq lazımdır ki, bir çox peşə və ixtisaslar sıradan çıxır", - nazir əlavə edib.

Nazir bildirib ki, kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün daha aktual idi, hazırda bəzi ixtisasların kolleclərdə olması vacib deyil:

"Artıq kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Amma həmin kolleclər boş qalmayacaq. Ola bilsin, gələcəkdə bu sahədə yeni ixtisaslar yaradılsın. Məsələn, müəllim köməkçisi kimi ixtisaslar həmin kolleclərdə tədris oluna bilər".

Samirə Abdullayeva, Sevil Seymur

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !