Alimlər: 2100-cü ilə qədər Arktikada köklü dəyişikliklər olacaq
sizinxeber.az xəbər saytı

Alimlər: 2100-cü ilə qədər Arktikada köklü dəyişikliklər olacaq


Qar və Buz Məlumatları üzrə Milli Mərkəzin beynəlxalq alimlər qrupu bu qənaətə gəlib ki, 21-ci əsrin sonunda qlobal istiləşmə səbəbindən Arktika tanınmaz dərəcədə dəyişə bilər.

“Report” xəbər verir ki, bu barədə araşdırma “Science” elmi jurnalında dərc olunub.

Hesablamalar göstərir ki, 2100-cü ilə qədər qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə müqayisədə 2,7°C arta bilər.

Arktika istiləşməsi qlobal orta göstəricidən dörd dəfə yüksək olacağı təqdirdə, bu templərlə region köklü dəyişikliklərlə üzləşəcək.

Proqnozlara görə, 75 il ərzində Şimal Buzlu Okeanı yayda bir neçə ay tamamilə buzsuz qalacaq.

Temperaturun 0°C-dən çox olduğu Qrenlandiyanın buz örtüyünün sahəsi dörd dəfə artaraq dəniz səviyyəsinin qalxmasını sürətləndirəcək.

"Bəşəriyyət bütün mənzərələri Yer üzündən silmək gücünə malikdir. Arktikanın gələcəyi bizim hərəkətlərimizdən asılıdır", - Hamburq Universitetindən alimi, tədqiqatın həmmüəllifi Dirk Notz deyib.

Oxşar xəbərlər

Dünyanın ən böyük balığı iqlim dəyişikliyi ilə bağlı aclıqla üzləşə bilər
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
FAO: Qlobal istiləşmə dünyada balıq ehtiyatlarını 10-40 % azaldacaq
Antarktidada bitki örtüyü artıb
Alimlər: Dünyadakı nadir meşələrin yarıdan çoxu iqlim səbəbindən yox ola bilər  

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər