Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı başa çatıb
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı prosesi başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, 28 noyabr 2024-cü ildən etibarən start verilən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı prosesi yekunlaşıb.
İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılıb.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilib.
Məktəbdənkənar təhsil müəssisələrinə ümumilikdə 13 339 müraciət qeydə alınıb.
Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb
Məktəbdənkənar müəssisələrdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub
Bu gün şagirdlərin yerdəyişməsi dayandırılır
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
