Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən “Report”a verilən məlumata görə, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
Prosesdə 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Proses saat 10:00-da başlanacaq.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.
Oxşar xəbərlər
Hakimliyə namizədlər üçün imtahan keçiriləcək
Həftəsonu 1415 taksi sürücüsü imtahan verəcək
Xüsusi hazırlıq keçmiş 800-ə yaxın taksi sürücüsü test imtahanı verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
