Nazir: Xaricdən gətirilən alim bizim prosedurlardan keçmək istəmir
sizinxeber.az xəbər saytı

Nazir: Xaricdən gətirilən alim bizim prosedurlardan keçmək istəmir


Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

Nazir bildirib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir:

"Biz xaricdən hansısa tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Yəni loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq".

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri keçmək o qədər də asan deyil:

"Çünki alimin işi tədqiqat aparmaqdır, nəinki küllü miqdarda sənəd toplamaq işlərinə fokuslanmaq. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə, prosedurun sadələşdirilməsinə nail ola bilərik".

Ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışdıqlarına diqqət çəkən nazir söyləyib ki, ilkin mərhələdə pilot layihə olaraq maliyyə resursları ayrılır:

"Ali təhsil müəssisələri bir çox bürokratik səbəbdən bu vəsaiti təyinatı üzrə xərcləyə bilmir. Ali təhsil sistemimizdə olan yanaşmalar həddindən artıq köhnəlib. Burada çox ciddi iradəyə ehtiyac var. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir".

Oxşar xəbərlər

Emin Əmrullayev: Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir
Nazir: Elmi dərəcəsi olanların hamısı əsl alim deyil, alimin elmi tədqiqatı olmalıdır
Nazir: Azərbaycanda xarici tələbələrin sayının 20 minə çatdırılması planlaşdırılır
Nazir: Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var
Nazir: Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər