Gələn il Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
22:50

Gələn il Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır

30 noy, 2024
22:50
823

Gələn il Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır

Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır. Universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq. Bundan başqa tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.

Sizinxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Xankəndidə jurnalistlərə açıqlamasında bildirib.

Təhsil naziri həmçinin bildirib ki, universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılır və növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması da planlaşdırılır.

Bizimlə əlaqə saxlayın