Luiss məktəbinin prezidenti: İtaliya-Azərbaycan Universitetində italiyalı professorların keçdiyi kursların sayı artırıla bilər
sizinxeber.az xəbər saytı

Luiss məktəbinin prezidenti: İtaliya-Azərbaycan Universitetində italiyalı professorların keçdiyi kursların sayı artırıla bilər


İllər keçdikcə və tələbat artdıqca İtaliya-Azərbaycan Universitetində italiyalı professorların keçdiyi kursların sayı artırıla bilər.

Bunu “Report”a müsahibəsində İtaliya-Azərbaycan Universitetinin beş təsisçisindən biri olan İtaliyanın Luiss Hüquq Məktəbinin prezidenti Paola Severino deyib.

O qeyd edib ki, hazırda “GMaP-Made in Azerbaijan” proqramının strukturuna əsasən, birinci tədris ili Bakıda keçirilir və burada Luiss Universitetinin professorları 8 kurs təşkil ediblər:

“İllər keçdikcə ADA Universitetinin ehtiyac və tələblərindən asılı olaraq italiyalı professorların keçəcəyi kursların sayı artırıla bilər. Davam edən “GMaP Made in Azerbaijan” proqramı çərçivəsində Luiss professorları həmçinin ADA professorlarına “Made in Azerbaijan” Modulunun hazırlanmasında da dəstək olurlar. Bu modul ADA tərəfindən 2024-2025-ci tədris ilinin ikinci semestrində təklif ediləcək”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

İtaliya-Azərbaycan Universitetində tələbələri gələcəkdə ikili diplom ala biləcəklər - MÜSAHİBƏ
Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti: Məqsəd İtaliya-Azərbaycan Universiteti şəbəkəsində ADA ilə uzunmüddətli əməkdaşlıq qurmaqdır
Rektor: Türkiyə-Azərbaycan Universitetində Türkiyədən müvəqqəti və daimi əsaslarda gələn müəllimlər dərs deyəcək
Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup yaradılıb - EKSKLÜZİV
Rektor: Qarabağ Universitetinə xaricdə yaşayan azərbaycanlı alimlər dəvət olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər