İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı növbəti qrant müsabiqəsi elan edilib
Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı növbəti qrant müsabiqəsi elan edilir.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Qrant müsabiqəsinin də məqsədi uşaqları məktəbəqədər təhsilə cəlb etməklə strategiyanın hədəfinə nail olmaqdır.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.
Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi elan edilib
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir
Agentlik: Hazırda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir
Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq
Şöbə müdiri: Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













