“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib
sizinxeber.az xəbər saytı

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib


Vətən müharibəsində qazanılan şanlı qələbə və onun tarixinə həsr edilmiş “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsidir.

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada təşkil olunan təqdimat mərasimində tanınmış tarixçi-alimlər, dövlət qurumları və ictimaiyyət nümayəndələri ilə yanaşı, ispandilli ölkələrin Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları da iştirak ediblər.

Tədbiri açan M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki müzakirəsi edilən kitabın artıq 8-ci dildə nəşridir. Kitab 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunub. Kitabın xüsusi əhəmiyyəti hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunmasıdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəlirik ki, bütün bu uğurların, şanlı qələbənin kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır.

Milli Məclisin deputatları Tahir Rzayev, Anar İsgəndərov, Aydın Mirzəzadə, Musa Qasımlı, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və digərləri kitabın əhəmiyyətindən danışaraq qeyd etdilər ki, bu kitab nəinki ölkədə, eləcə də ölkə xaricində Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub. Butun bunları nəzərə alaraq kitabın gələcəkdə ali məktəb tələbələri, mütəxəssislər və alimlər üçün elmi mənbə kimi istifadə olunacağına öz inamlarını ifadə etdilər.

Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.

Bildirilib ki, bu kitab artıq 8 dildə - Azərbaycan, ingilis, türk, rus, ərəb, fars və çin dillərində dərc olunub. Bu gün ispan dilində nəşrin təqdimatı keçirilir və hazırda urdu dilinə tərcümə edilməsi ilə bağlı işlər görülür.

Oxşar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev” kitabının təqdimatı keçirilib
MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər