Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə direktor müavinlərinin işə qəbulu üçün imtahan keçirilib
Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, imtahan kompüter vasitəsilə 90 dəqiqə müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunub.
Qeyd edək ki, test imtahanına 54 namizəd dəvət olunub. Onlardan 21 nəfər uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə buraxılıb.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə məktəb direktorlarının yerdəyişməsi müsabiqəsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
