"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
sizinxeber.az xəbər saytı

"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq


Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

DİM-dən Sizinxeber.az-ya verilən məlumata görə, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.

Oxşar xəbərlər

Bu ildən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər