Lənkəranda 2 nömrəli məktəbin qəzalı tədris müəssisəsinə köçürülməsi məsələsinə aydınlıq gətirilib
Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Lənkəran-Astara Təhsil İdarəsindən məlumat verilib.
Təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır. Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılmış, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilmiş, onları narahat edən suallara aydınlıq gətirilib.
Bildirilib ki, bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək.
Qeyd edək ki, Sizinxeber.az-nın cənub bürosunun məlumatına görə, Lənkəranda 2 nömrəli məktəb qəzalı 10 saylı məktəbə köçürülür. Bununla bağlı valideynlər öz etirazlarını bildirmək üçün Lənkəran-Astara Regional Təhsil idarəsinin qarşısına toplaşıblar. İddialara görə, hazırda 10 nömrəli tam orta məktəb özü qəzalı vəziyyətdədir və həm də məsafəcə uzaq olduğundan övladlarını o məktəbə qoymaqdan imtina edirlər.
İlkin Rzayev
Gülcahan Məmmədova
Oxşar xəbərlər
Lənkəranda bəzi şagirdlərin buraxılış imtahanında iştirak etməməsinə münasibət bildirilib
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhər məktəbində olub
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
Gəncədə şiddətli töhmət alan məktəb direktoru işdən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








