Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib
sizinxeber.az xəbər saytı

Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib


"Təəssüf ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqda 2-3 min ərizənin doldurulduğu, amma təsdiqlənmədiyi üzə çıxır. Bu isə çox üzücü haldır, çünki həmin ərizələr arasında yüksək bal toplayan abituriyentlər də olur".

Sizinxeber.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə videomüraciət zamanı deyib.

O bildirib ki, real balınıza uyğun olaraq siyahıda ixtisas seçmək vacibdir: “İxtisas seçimi zamanı 15 ixtisas seçmək mümkündür, lakin bu bütün xanaları doldurmaq məcburiyyətində olduğunuz anlamına gəlmir. Siz yalnız gələcəkdə həqiqətən oxumaq istədiyiniz ixtisasları seçməlisiniz. İxtisas seçimi zamanı abituriyentlərə müxtəlif məsləhətlər verilir. Onları dinləmək faydalıdır, amma son qərarı özünüz verməlisiniz. Bu sizin müstəqil həyata atdığınız ilk addımdır. Buna görə də seçim zamanı öz istəyinizi əsas götürməlisiniz. Nəticələr açıqlananda tez-tez belə fikirlərlə rastlaşırıq: “Mən istəmədiyim ixtisasa qəbul olmuşam”. Bu, əslində mümkünsüzdür. Əgər siz həmin ixtisasa qəbul olmaq istəmirsinizsə, onu seçim siyahınıza daxil etməməlisiniz. Ona görə də sizə müraciət edirəm: seçiminizi özünüz edin və ərizənizi mütləq özünüz təsdiqləyin”.

Oxşar xəbərlər

DİM: 600-dan çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Məleykə Abbaszadə: İxtisas seçimində öz istəyinizi və balınızı nəzərə almalısınız
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər