Bu gün ali məktəblərə ixtisas seçimi başlayır
Ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Milli Konservatoriyasında ödənişsiz əsaslarla xidmət göstərən “”nə müraciət edə bilərlər.
Bundan əlavə, verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və Rayon Təhsil Sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
Bölgələrdə Rayon Təhsil Sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır
Kolleclərə ixtisas seçimi başlayıb
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Avqustun ortalarında ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşıdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








