Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edilib
sizinxeber.az xəbər saytı

Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edilib


Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib.

Oxşar xəbərlər

600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub
Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib - YENİLƏNİB
Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle