Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
21:00

Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib - YENİLƏNİB

07 mar, 2025
21:00
813

Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib - YENİLƏNİB

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasına aydınlıq gətirib.

İdarədən "Report"un Qərb bürosuna bildirilib ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.

"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda vurğulanıb. 

18:35

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi.

Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.

Bizimlə əlaqə saxlayın