MİQ üzrə vakansiya seçiminə başlanılır
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.
Bu barədə "Report"a İnsan Resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Namizədlər 26 iyul saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Oxşar xəbərlər
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
