MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2025
11:50

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iy, 2025
11:50
341

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

İyulun 2-dən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İmtahan prosesinə ümumilikdə 65 mindən çox müəllim dəvət olunub.

Ötən illərdə olduğu kimi, cari ildə də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Mərhələ barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirilib.

Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Bizimlə əlaqə saxlayın