sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gəncədə biologiya müəllimi sertifikasiya imtahanından maksimum bal toplayıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Nərgiz Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesində 60 bal toplayaraq maksimum nəticə əldə edib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, o, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimidir.
Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.
Oxşar xəbərlər
Sumqayıtdan olan biologiya müəllimi sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib
Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak edib
Bugünkü sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
Mərkəz: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













