Azərbaycanda məktəb modelinin dəyişməsi, ibtidai təhsilin beş il olması təklif edilir
sizinxeber.az xəbər saytı

Azərbaycanda məktəb modelinin dəyişməsi, ibtidai təhsilin beş il olması təklif edilir


Azərbaycanda məktəb modelinin dəyişməsi, ibtidai təhsilin beş il olması təklif edilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, ibtidai təhsil kitaba həvəs, müəllimə hörmətdən başlayır:

"Məktəb elm ocağıdır, onun tərifini geri qaytarmaq lazımdır. Müəllim və şagird məktəbi evi kimi görməlidir. Universitetlərin özünüidarəetmə sistemi olmalıdır. Məktəb modeli dəyişməlidir, 11 il olması doğru deyil. Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. İbtidai məktəb 4 il deyil, 5 il olmalıdır".

Q.Məmməd bildirib ki, təhsil balanslı deyil:

"Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır".

Ekspert vurğulayıb ki, şagird özü ixtisas seçimi etməlidir:

"Müasir dünyada belədir. Biz yeni model yaratmalıyıq. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik".

Oxşar xəbərlər

Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Emin Əmrullayev: Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir
Emin Əmrullayev: 400-dən artıq məktəb qəzalı vəziyyətdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər