Bəzi yerlərə leysan və qar yağıb, Şahbuza dolu düşüb
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 47 (aylıq normanın 45 % -i), Qaxda (Sarıbaş) 37 (aylıq normanın 30 % -i), Zaqatalada 22, Oğuzda 19, Qəbələdə 17, Şahbuzda 15, Goranboy və Balakəndə 13, Lerik və Qrızda 11, Gədəbəy, Naftalan, Tovuz, Qusar, Xınalıq, Göyçay, Sədərək, Astara, Xaltan, Tərtər, Cəlilabad, Yardımlı, Quba, Mingəçevir, Naxçıvan, Ağstafa, Neftçala, Şuşa, Kəlbəcər, Biləsuvar, Daşkəsən, Altıağac, Yevlax, Sabirabad, Cəfərxan, Bərdə, İsmayıllı, Gəncə, Göygöl, Culfa, Şəmkir, Şabran, Lənkəran, Qobustan, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzuli, Ordubad və Şərurda 1-10 mm, Bakıda və Abşeron yarımadasında isə 5 mm-dək təşkil edir.
Mayın 14-ü saat 18:45 -18:55 radələrində Şahbuza diametri 3 mm olan dolu düşüb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Şəki, Qəbələ, Altıağac, Qusar, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava davam edib, Kəlbəcərə dolu düşüb
Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Bəzi yerlərdə leysan olub, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Şahdağa qar yağır - FAKTİKİ HAVA- YENİLƏNİB
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb, Naxçıvana və Şahbuza dolu düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












