Ombudsman: İqlim dəyişikliyi ilə mübarizə yalnız siyasi iradəyə bağlı deyil
Müasir dünyada gedən proseslər göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız siyasi iradə ilə bağlı deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda" keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, burada əqli mülkiyyət mühüm yer tutur:
"Yaşıl texnologiyaların geniş tətbiqi ilə əqli mülkiyyət hüquqlarının qorunması mühüm şərtdir. Ekoloji təmiz texnologiyaların inkişafı ilə bağlı innovasiyların stimullaşdırılmasına nail olmaq üçün əqli mülkiyyət hüquqlarının mümkün qədər sadələşdirilməsi, çevik lisenziyalaşdırma işlərinin daha da sürətləndirilməsi xüsusilə qeyd edilə bilər. Həmçinin, yaşıl texnologiyalara, tədqiqatlara və bu işlərə sərmayə qoyan şirkətlərə vergi güzəştləri, eləcə də digər maliyyə dəstəyinin tətbiq edilməsi xüsusilə effektiv ola bilər".
Ombudsmanın sözlərinə görə, qarşıya qoyulan hədəflərə nail olmaq üçün maarifləndirmə tədbirlərinin davamlı olması da mütləqdir.
Oxşar xəbərlər
Kamran İmanov: Azərbaycan çirkin kampaniya aparılmasına baxmayaraq, COP29-u uğurla keçirəcək
ABŞ Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsinə dəstək verməyə hazırdır
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub
Agentlik sədri: Gürcüstan TV-lərində “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsi ilə bağlı etiraza cavab gözləyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
