Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir
Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir.
“Report”un məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Bildirək ki, bu gün Ümumdünya Köçəri Quşlar Günü kimi qeyd olunur.
O qeyd edib ki, günün əsas məqsədi köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyi və təhlükəsizliyinin təmin olunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.
“Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə hər il milyonlarla quş köç edir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il quşların sayğısı həyata keçirilir”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisindəki quşların qış sayğısının nəticəsinə əsasən 704022 fərd qеydə аlınıb. Onlardan 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə alınıb.
“Bu il quşların daha çox müşahidə edildiyi milli parklarımız Qızılаğаc, Abşeron, Ağgöl milli parkları, o cümlədən Ələt buxtası və Acınohur düzü olub”, - o deyib.
Oxşar xəbərlər
Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
AMİNA-nın prezidenti: Dünya Köçəri Oyunlarında idmançılarımıza qarşı hakim ədalətsizliyi çox oldu
Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
