Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub


ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
APA xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar paylaşımında bildirib.
“ABŞ Prezidenti Donald Trumpın liderliyini, onun dialoq və diplomatiyaya sadiqliyini, həmçinin ABŞ Vitse-prezidenti J Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və bütün ABŞ komandasının davamlı iştirakını yüksək qiymətləndiririk. Məhz onların prosesə daimi cəlb olunması hazırkı danışıqlarda mühüm irəliləyiş əldə edilməsinə kömək edib”, – deyə Məhəmməd İshaq Dar X sosial şəbəkəsində yazıb.
Pakistanlı nazir həmçinin İran rəhbərliyinə fikir ayrılıqlarının sülh yolu ilə həllinə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib.

Oxşar xəbərlər

Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
Ceyhun Bayramov Pakistan İslam Respublikasının XİN rəhbəri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb
Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
Türkiyə və Pakistan XİN rəhbərləri ABŞ-İran danışıqlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər