"Magen David Azerbaycan"ın təşkilatçılığı ilə şəhid övladları üçün Uşaqlar Gününə həsr edilmiş tədbir keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

"Magen David Azerbaycan"ın təşkilatçılığı ilə şəhid övladları üçün Uşaqlar Gününə həsr edilmiş tədbir keçirilib - FOTO


Millət vəkili Anatoliy Rafailovun təşəbbüsü və "Magen David Azərbaycan" - İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Quba və Qusar rayonlarından olan şəhid övladları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş bayram tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə millət vəkilləri, rayon icra hakimiyyəti başçıları, şəhid ailələrinin üzvləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Milli Məclisinin deputatı Anatoliy Rafailov açıq elan edib. O, şəhidlərimizin şücaətindən danışıb, 44 günlük müharibədəki qələbənin memarının Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin olduğunu qeyd edib.

A.Rafailov uşaqları 1 İyun Uşaqlar Günü münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xüsusi vurğulanıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu yol, bu gün cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

Həmçinin, Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu önə çəkilib, bu istiqamətdə böyük işlər görüldüyü bildirilib. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirak etdiyi də qeyd olunub.

Çıxış edənlər azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Uşaqlara hədiyyələr verilib və xatirə fotosu çəkilib.

"Magen David Azerbaycan" təşkilatının rəhbəri David Seliverstov bu tədbirin keçirilməsini ozunə fəxr və şərəf bilib.

Oxşar xəbərlər

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 366 min xidmət göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər