FHN “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirir - FOTO
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər
Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilib.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, layihə çərçivəsində ilk təlimlər Fövqəladə Hallar Nazirliyinin Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.
Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İlkin psixoloji yardımın göstərilməsi və fövqəladə hallar zamanı davranış qaydaları”
Sonra Fövqəladə Hallar Nazirliyinin mütxəssisləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə nəzəri, praktiki biliklər təqdim olunub. Təlimlər zamanı könüllülər “İlkin psixoloji yardımın göstərilməsi və fövqəladə hallar zamanı davranış qaydaları” mövzuları ilə bağlı məlumatlandırılıb.
Növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.
Qeyd edək ki, layihə 24 iyun tarixinədək davam edəcək və əsas məqsəd fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanmasıdır.
Oxşar xəbərlər
FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə təlimlər keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 15 yanğına çıxış olub, 6 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












