Texasda yük vaqonunda 6 nəfərin meyiti tapılıb
sizinxeber.az xəbər saytı

Texasda yük vaqonunda 6 nəfərin meyiti tapılıb


ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.

Qəzet qeyd edir ki, Laredo ABŞ-Meksika sərhədində yerləşir. Hadisədən əvvəl şəhərdə havanın temperaturu 32 dərəcəni keçib və vaqonların içərisində temperaturun daha da yüksəldiyi bildirilir.

Rəsmilər hələlik ölənlərin ABŞ sərhədini keçməyə çalışan miqrantlar olub-olmadığını təsdiqləməyib. Bununla belə, nəşr son on ildə oxşar hadisələrin bir neçə dəfə baş verdiyini xatırladıb.

Oxşar xəbərlər

Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Yexlaxda evdə ata və əlil qızının meyiti tapılıb
Texasda daşqın nəticəsində ölənlərin sayı 119-a çatıb
Texasda məktəbliləri daşıyan avtobus aşıb
Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər