Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilib
sizinxeber.az xəbər saytı

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilib


Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mediasiya haqqında” haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Mediator ola bilməyən şəxslərin dairəsinə din xadimlərinin, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib.

Bununla yanaşı, mediasiya prosesində iştirak etmək istəyən tərəflər üçün konfidensial bir mühitin yaradılması məqsədilə qüvvədə olan qanunun 11.3.3-cü maddəsi ilə müəyyən edilmiş hüquqi şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün əsas şərtlərdən biri olan istifadəsində ən azı iki otaqdan ibarət ofisin olması tələbi mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərə münasibətdə də tətbiqi ediləcək.

Oxşar xəbərlər

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI
Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir
MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib
Ehtiyata və istefaya buraxılanların hərbi geyim formasını hansı günlərdə daşıya biləcəyi müəyyənləşib
Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər