

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir
Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.
Mediator ola bilməyən şəxslərin dairəsinə din xadimlərinin, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslərin də əlavə edilməsi təklif olunur.
Bununla yanaşı, layihədə mediasiya prosesində iştirak etmək istəyən tərəflər üçün konfidensial bir mühitin yaradılması məqsədilə qüvvədə olan qanunun 11.3.3-cü maddəsi ilə müəyyən edilmiş hüquqi şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün əsas şərtlərdən biri olan istifadəsində ən azı iki otaqdan ibarət ofisin olması tələbinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərə münasibətdə də tətbiqi təklif edilir.
Qeyd edək ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilənlər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar və məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Mediasiya Şurasının hüquqları artırılır
Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir
İrad tutma mediatorlara intizam tənbehi tədbirləri siyahısına əlavə edilir
Xaric edilən kursantların müddətli həqiqi hərbi xidmətə göndərilməsi şərtləri dəyişdirilir
Mediatorlar üçün bərpaedici ədliyyə ilə bağlı təlimlərə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
COP Simulyasiya Konfransı çərçivəsində Xankəndi Gənclər Paktı imzalanacaq
-
İranın daxili işlər naziri ölkənin cənubunda partlayış baş verən əraziyə uçub
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Mətin Kərimli: Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib
