Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI
sizinxeber.az xəbər saytı

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI


Azərbaycanda etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub.

Belə ki, dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.

Bundan başqa, siyahıya hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib. 

Oxşar xəbərlər

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilib
MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib
Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib
Özbəkistanlı mediator: Azərbaycanda mediasiya intensiv şəkildə inkişaf edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər