Ehtiyata və istefaya buraxılanların hərbi geyim formasını hansı günlərdə daşıya biləcəyi müəyyənləşib
Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin formanı artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcək.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və istefaya buraxıldıqları dövlət orqanının (qurumun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcəklər.
Oxşar xəbərlər
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlərlə bağlı dəyişiklik I oxunuşda qəbul edilib
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib
Gələn il ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı proqnozlaşdırılan xərclər açıqlanıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi ilə bağlı qanunu təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













