DMX: 700-yə yaxın əcnəbi Azərbaycandan çıxarılıb
sizinxeber.az xəbər saytı

DMX: 700-yə yaxın əcnəbi Azərbaycandan çıxarılıb


Cari ilin ilk 4 ayı ərzində Rusiya Federasiyası da daxil olmaqla 179 ölkənin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə 735 969 giriş qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin dövr ərzində Rusiya Federasiyası da daxil olmaqla 127 ölkə vətəndaşının müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı 21 888 qərar qəbul edilib.

“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyası daxil olmaqla 109 ölkənin vətəndaşı barədə ümumilikdə 6228 inzibati qərar qəbul edilib. Onlardan 668 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli qərarına əsasən, 1 yanvar 2025-ci ildən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Oxşar xəbərlər

Bu il əcnəbilərin Azərbaycandan kənara çıxarılması ilə bağlı 1 583 qərar qəbul edilib
DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib
Miqrasiya Xidməti COP29 ilə əlaqədar Azərbaycana səfər edənlərə müraciət ünvanlayıb
DMX Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib
Miqrasiya Xidməti COP29 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər