DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bu tələbə əməl etmələri zəruridir.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DMX Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miqrasiya Xidməti COP29 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












