Müalicəyə cəlb edilən narkotik istifadəçilərinin sayı açıqlanıb
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 30280 nəfər istiqamətləndirilib.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Məlumata görə, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 552, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 798 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 292 vətəndaş müraciəti daxil olub ki, onların 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.
Oxşar xəbərlər
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 426 nəfərin narkotik istifadəçi olması müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşçi Qrup: Ötən ay tibbi müayinədə 225 nəfərin narkotik istifadəçisi olduğu məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












