Bu il 426 nəfərin narkotik istifadəçi olması müəyyən edilib
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14750 nəfər istiqamətləndirilib.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 854 nəfərdən 426 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
2025 ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 153 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 20-i narkotik asılılıqdan müalicə, 117-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 36 məktub ünvanlanıb.
Oxşar xəbərlər
Bu il İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisi olub
İşçi Qrup: Ötən ay tibbi müayinədə 225 nəfərin narkotik istifadəçisi olduğu məlum olub
Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub
Bu il narkotiklə bağlı 1521 cinayət faktı aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













