Qanunsuz biotibbi tədqiqatlara görə cəzalar dəyişir
sizinxeber.az xəbər saytı

Qanunsuz biotibbi tədqiqatlara görə cəzalar dəyişir


Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar sərtləşdirilir.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, həmin əməllər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, bu əməllərə görə cərimə deyil, artıq yalnız azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
Qanunsuz süni mayalanma və tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir
Qanunsuz olaraq yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir
Təhlükəli qida məhsullarının istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər