Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlər keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlər keçirilib - FOTO


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümummilli liderin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

7 may 2025-ci il tarixdə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində ağacəkmə aksiyası baş tutub. Tədbirdə Dövlət Xidmətinin şəxsi heyəti iştirak edib.

8 may 2025-ci il tarixdə Dövlət Xidmətinin İnzibati binalarında şəxsi heyətin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məruzə-çıxış zamanı müstəqil Azərbaycanın memarı Ulu Öndərin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının inkişaf mərhələləri, onun ölkənin hüquq sistemində tutduğu yer barədə ətraflı məlumat verilib.

10 may 2025-ci il tarixdə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Oxşar xəbərlər

Səfərbərlik Xidməti yaranma gününü qeyd edib - FOTO
​​​​​​​FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
DİN-in Polis Akademiyasında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
FHN-in qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər