Şöbə müdiri: Söküntü zamanı kompensasiya məsələsi Konstitusiya Məhkəməsinin qərarında əksini tapıb
Bu gün Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində söküntü işləri ilə bağlı vətəndaşlar tərəfindən fərdi müraciətlər olur.
APA xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində keçirilən “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiyasında Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov deyib.
O, Konstitusiya Məhkəməsinin bununla bağlı qərarının olduğunu diqqətə çatdırıb: “Söküntü prosesində kompensasiya, vətəndaşın mülkiyyət hüququnun qorunması məsələsi bizim qərarda öz əksini tapıb”.
Şöbə müdiri pensiya təminatı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına da diqqət çəkib: “Əmək pensiyaları haqqında” qanunda doğma ana ilə ögey ana arasında qeyri-bərabərlik mövcud idi. Qanunvericilik orqanına tövsiyə olundu ki, bu, qeyri-bərabərlik aradan qaldırılsın. Biz bu məsələlərə hər zaman diqqət yetiririk”.
Oxşar xəbərlər
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək
İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb
Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına sədrlik Azərbaycana verilib
Xanlar Vəliyev sabah Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
