Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib- FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib- FOTO - YENİLƏNİB


Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xocalı şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***

06.46

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Beləliklə, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi
85 ailə - 341 nəfər köçürülüb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - VİDEO
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1 - VİDEO
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər